Prezidentdən Zəngəzur və İrəvan mesajı: Ermənistan maddi təzminatı tarixi torpaqlarımızı qaytarmaqla ödəyə bilərbackend

Prezidentdən Zəngəzur və İrəvan mesajı: Ermənistan maddi təzminatı tarixi torpaqlarımızı qaytarmaqla ödəyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev ötən gün Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlət başçısı bildirib ki, vaxtı ilə İrəvan Ermənistana verilməsi və Zəngəzurun Ermənistana birləşdirilməsi xalqımıza qarşı cinayətdir.

Siyasi analitik Kənan Novruzov Editor.az-a bildirib ki, Prezident son illər doğum gününü Qarabağdan qaçqın və köçkünlərlə, yaxud hərbçilərlə qeyd edirdi:

” Cənab Prezidentin bu dəfəki doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşü, fikrimcə, həm də mesajdır. İrəvan da, Zəngəzur da tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqlar müxtəlif vaxtlarda Ermənistana verilib və erməni əhali orada məskunlaşıb. Qarabağın otuz illik işğalı dövründə Ermənistan Azərbaycana külli miqdarda maddi ziyan vurub. Əlbəttə, dəymiş ziyan ödənilməlidir. Bu məsələ indiyədək bir neçə dəfə gündəmə gəlib. Ermənistanın maddi təzminatı ödəməsi çətindir. Bu, onsuz da bərbad vəziyyətdə olan Ermənistan iqtisadiyyatının çökməsi olar. Ona görə də indiyədək bir neçə dəfə, müxtəlif səviyyələrdə həmin maddi təzminat əvəzində İrəvanın Zəngəzuru Azərbaycana verməsi ilə bağlı təkliflər səsləndirilib. Dünyada belə praktika bir neçə dəfə olub. İndi Prezidentin bu məsələni gündəmə gətirməsi, əlbəttə, həm Ermənistana, həm də beynəlxalq ictimaiyyətə mesajdır. İrəvan və Zəngəzurun tarixi Azərbaycan torpaqları olmadığını iddia edənlər tarixi sənədlərə, arxivlərə baxa bilərlər”.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistan hərbi – siyasi hakimiyyəti başa düşməlidir ki, bizim İrəvan və Zəngəzur məsələsini gündəmə gətirməyimiz onların xeyrinə deyil:

“Bu, rəsmi İrəvanın daha çıxılmaz vəziyyətə düşməsi deməkdir. İndiki halda bu, nə baş nazir Nikol Paşinyana sərf edir, nə də onun komandasına. Çünki rəsmi Bakının mesajları Ermənistan daxilində hakimiyyətə qarşı narazılığa da səbəb ola bilər. Ona görə Ermənistan regional xarici siyasətində diqqətli olmalı, bizim İrəvan və Zəngəzur məsələsini gündəmə gətirməyimizə çalışmalıdır. Bunun yeganə yolu isə ən qısa vaxtda Azərbaycanla sülh müqaviləsinin imzalanması, həmçinin beynəlxalq hüquqa görə Azərbaycan ərazisi kimi tanınan Xankəndi, Xocalı və Xocavəndin təhvil verilməsi, nəticə etibarilə həm də qondarma respublikanın ləğv edilməsidir. Əks halda Ermənistanı çox çətin günlər gözləyir”.

//Gülnarə Abasova, Editor.az