Prezidenti təhqir etməkdə və dövlət quruluşunu dəyişməyə çağırışda ittiham olunan şəxs ölüm cəzasına məhkum edildibackend

Prezidenti təhqir etməkdə və dövlət quruluşunu dəyişməyə çağırışda ittiham olunan şəxs ölüm cəzasına məhkum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tunisin Nabeul şəhərindəki Birinci İnstansiya Məhkəməsinin Cinayət Kollegiyası dövlət məmuru haqqında yalan məlumat yaymaqda, prezidenti təhqir etməkdə və dövlət quruluşunu dəyişməyə yönəlmiş hərəkətlərdə ittiham olunan bir nəfəri ölüm cəzasına məhkum edib.

Editor.az xəbər verir ki, bu barədə Nabeul regional ofisinin prezidenti Abdelkader Ben Souissi məlumat verib. O, Tunis “Afrique Presse” (TAP) agentliyinə müsahibəsində aydınlıq gətirib ki, iş əvvəlcə antiterror məhkəməsinə verilib, lakin ittihamlar sosial şəbəkələrdəki paylaşımlarla bağlı olduğu üçün cinayətlərin terror xarakteri daşımadığına görə rədd edilib. Ben Souissi əlavə edib ki, müttəhim həbsdədir və vəkilləri apelyasiya şikayəti verib.

Məhkəmənin qərarı geniş onlayn etirazlara və hökmü ədalətsiz adlandıran Tunis İnsan Haqları Liqası (LTDH) və Ölüm Cəzasına Qarşı Tunis Koalisiyası (CTCPM) kimi insan haqları təşkilatlarının tənqidinə səbəb olub.

//Samir Qurbanov, Editor.az