Prezidentin ailəsini şantaj etdiyi üçün saxlanılan şəxsin telefonunda tapılan SƏS YAZISIbackend

Prezidentin ailəsini şantaj etdiyi üçün saxlanılan şəxsin telefonunda tapılan SƏS YAZISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.

Oxu.Az xəbər verir ki, əməliyyat nəticəsində bu cinayəti törətməkdə ittiham edilən Azərbaycan vətəndaşı F.S saxlanılır, istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edir və detalları danışır.

Saxlanılan şəxsin telefonunda tapılan audioyazının daha bir hissəsini təqdim edirik:

“Başa düşürəm, başa düşmək lazımdır burda da. Yəni bunu da anlamaq lazımdır ki, düymə haradan basılıb. Yəni haraya qədər icazə verirlər də. Bu məsələnin, məsəl üçün, Mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilib. Başa düşürsən? Bizə də icazə verilib ki, yəni bunu bir az qabardaq və yayaq. Çünki bilirsən ki, yəni ki, burada kimsə nəyisə artıq dərəcədə qoysa ortalığa, o vurulacaq. Yəni, bunu sən gözəl başa düşürsən də və gözəl də bilirsən də, yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haraya qədər icazə verilir keçməyə məsələsi. Bu çox geniş, dərin bir söhbətdir, ona görə mən belə qısaca üzdən deyirəm, çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səninlə bu barədə söhbət eləyirəm. Bu günləri biz, yəni ki, o icazə verilən xəttəcən gedirik də. Oradan o tərəfə keçsək, bu, olduqca çox çətin bir vəziyyət yaradar. Çünki bu rejimə artıq yuxarıdan düyməsi basılıb ki, bu rejim dəyişilməlidir. İndi hansı formada, hansı formatda dəyişilməlidir sualı durur ortalıqda. Yəni, bizə icazə verəcəklərmi biz dəyişək, ya kimisə gətirəcəklərmi dəyişsinlər? Ona görə mən həmişə söhbətlərimdə nə deyirəm, deyirəm böyük siyasətin içində oyun qurmağı bacarmaq lazımdır. Əgər biz oyun qura bilsək, bu böyük siyasətin içərisində, o başqa məsələ, onda biz udarıq. Yox, oyun qura bilməsək, onda başa düşürsən, camaatın gözünün qabağına elə bir insan çıxaracaqlar ki, onun ətəyində hamı namaz qılmağa hazır olacaq”.