Prezidentin Avropa Şurası ilə bağlı açıqlaması nə vəd edir? -Millət vəkilindən ŞƏRHbackend

Prezidentin Avropa Şurası ilə bağlı açıqlaması nə vəd edir? –Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirdiyi fikirlər beynəlxalq gündəmdə diqqət çəkən məsələlərdən birinə çevrilib. Dövlət başçısı Azərbaycanın 2023-cü ildə öz suveren hüquqlarını tam bərpa etməsindən sonra Avropa Şurası Parlament Assambleyasının ölkəmizə qarşı qərəzli və ikili standartlara əsaslanan mövqe sərgilədiyini vurğulayaraq, bu səbəbdən Azərbaycanın Avropa Şurasından tam çıxmaq məsələsini nəzərdən keçirdiyini bildirib. Bu bəyanatın siyasi və hüquqi müstəvidə mümkün nəticələri, eləcə də Azərbaycanın gələcək xarici siyasət kursuna təsiri ilə bağlı Editor.az-a danışan deputat Azər Badamov məsələyə münasibət bildirib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) arasındakı münasibətlərə də toxunaraq bu qurumun ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartları, qərəzli yanaşmanı və sifarişli qətnamələri kəskin tənqid edib:

“Dövlət başçısı belə münasibətin AŞPA-da üzvlüyün davam etdirilməsinin əhəmiyyətini azaltdığını bildirərək Azərbaycanın Avropa Şurasından tam çıxmaq məsələsini də nəzərdən keçirdiyini qeyd edib. Həqiqətən də Azərbaycan Avropa Şurasına üzv olarkən məqsəd beynəlxalq hüququn, ədalətin və əməkdaşlığın inkişafına töhfə vermək idi. Lakin əgər bu platforma ölkəmizin haqlı mövqeyini müdafiə etmək əvəzinə yalnız siyasi təzyiq vasitəsinə çevrilirsə, həmin təşkilatda üzvlüyün nə dərəcədə məqsədəuyğun olduğu sual doğurur.

Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərə də toxunaraq bildirib ki, Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Cozep Borrelin qərəzli və birtərəfli mövqeyi Azərbaycan–Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərmişdi. Hazırda isə yeni rəhbərlik dövründə münasibətlərdə yeni mərhələnin başlanması üçün imkanlar yaranıb. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf meyillərini ümumilikdə müsbət qiymətləndirmək mümkündür. Dövlət başçısının çıxışında bu məsələlərə geniş yer ayırması mövcud reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi daşıyır.

Azərbaycanın xarici siyasəti onun ərazi bütövlüyü və suverenliyi kimi müstəqildir. Lakin hər hansı beynəlxalq təsisat fəaliyyətini qərəz və ikili standartlar üzərində qurursa, Azərbaycanın buna adekvat münasibət bildirməsi tamamilə təbiidir”.

//Gülnarə Abasova, Editor.az