“Prezidentin bu səfəri Azərbaycanın dünya ölkələri arasında söz sahibi olduğunu bir daha təcəssüm edir”- Millət vəkilibackend

“Prezidentin bu səfəri Azərbaycanın dünya ölkələri arasında söz sahibi olduğunu bir daha təcəssüm edir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Bolqarıstana səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını göstərən növbəti addımdır. Bir müddət əvvəl Bolqarıstan prezidentinin ölkəmizə səfəri və hazırkı səfər Azərbaycan və Bolqarıstanın mühüm tərəfdaş olmasını göstərir. Avropa ölkələrinin liderləri Azərbaycan Prezidenti barədə “Avropada ən çox arzuolunan şəxs” fikrini ifadə etmişdi. Müxtəlif ölkələrlə uğurlu tərəfdaşlıq, xüsusən də enerji təhlükəsizliyində ölkəmizin səyləri ilə fikrin reallıq olduğunu bəyan edir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Millət vəkili Prezidentin Bolqarıstan səfərinin mühüm hadisə olduğunu göstərən əsas faktın paytaxt Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumunun imzalanması olduğunu bildirib:

“Bu sənəd olduqca əhəmiyyətlidir. Memorandumun iqtisadi səmərəliliyi ilə yanaşı diplomatik müstəvidə də əhəmiyyəti böyükdür. Prezident İlham Əliyev çıxışında Anlaşma Memorandumunun əhəmiyyəti barədə söz açaraq Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi, həmçinin Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qazı ixrac etməyə fürsət yaradılmasını qeyd etdi. Cənab Prezident Avropa Komissiyasının rəsmilərinin də qeyd etdiyi fikrə toxunaraq Azərbaycanın enerji məsələləri ilə yanaşı bir sıra digər sahələrdə də Avropanın etibarlı tərəfdaşı olduğunu vurğuladı. Avropa İttifaqının üzvü olan 9 dövlət ilə Azərbaycan arasında imzalanan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlər buna nümunədir. Azərbaycanın iştirak etdiyi qlobal layihələr, imzalanan beynəlxaq sənədlər Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaradır. Ona görə də bütün bu fəaliyyətlər ölkəmizin inkişafına yönələn əməli addımdır”.

Ş. İsmayılovun sözlərinə görə, Azərbaycan Prezidenti enerji diplomatiyası ilə bağlı danışarkən, neft meqalayihələri, qaz və yaşıl hidrogen layihələrə də toxunub:

“Cənab Prezident çıxışının davamında Avrasiyanın enerji xəritəsinin yenidən cızıldığını ifadə etdi. Azərbaycan dövləti bu prosesdə iştirak edən ən önəmli tərəflərdən biri olmaqla söz sahibidir. Bolqarıstan Prezidenti cənab Rumen Radev də çıxışında vurğuladı ki, Prezident Əliyev Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu sübut etdi. O, Azərbaycanın Avropa İttifaqının strateji tərəfdaşı olmasını xüusilə vurğulayaraq bir sıra məqamlara diqqət çəkdi.

Azərbaycan Prezidentinin bu səfəri və səfər çərçivəsində baş verənlər ölkəmizin nüfuzunu, iqtisadi gücünü və dünya ölkələri arasında söz sahibi olduğunu təcəssüm edir”.

//Gülnarə Abasova, Editor.az