“Prezidentin Cəbrayılda sakinlərlə keçirdiyi görüş Ermənistana və onun havadarlarına çox sərt mesajlar verdi”-ŞƏRHbackend

“Prezidentin Cəbrayılda sakinlərlə keçirdiyi görüş Ermənistana və onun havadarlarına çox sərt mesajlar verdi”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Cəbrayılda sakinlərlə keçirdiyi görüşdə həm Ermənistana , həm də onun arxasında dayananlara çox sərt mesajlar verdi. Geniş nitqlə çıxış edən dövlət başçımız səsləndirdiyi mesajlarla Ermənistanı yenidən revanşizmə hazırlayan və ölkəmizə təzyiq üsulundan istifadə etməyə çalışan ABŞ-ın ikiüzlü və riyakar siyasətini ifşa etdi. Heç bir dairə Azərbaycanla güc dilində danışa bilməz”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dövləti beynəlxalq hüquqa söykənmiş müstəqil siyasət yürüdür:

“Belə ki, nə Ermənistana , nə də onun arxasında dayananlara yenidən ölkəmizə təhdid yaradacaq hərəkətlərin davam etdirilməsinə imkan verilməyəcək. Ermənistan məhz ABŞ və Fransaya arxalanaraq sülh danışıqlar prosesini manipulyasiya etmək və yarımçıq sülh müqaviləsini bağlayaraq yenidən müharibə üçün əsaslar saxlamağa çalışır. Təbii ki, Azərbaycana yarımçıq sülh lazım deyil. Biz sülhə gələcəkdə təhlükə yaradacaq bütün məsələlərin gündəlikdən çıxarılmasını tələb edirik. Ermənistan isə sülh məsələsini görüntü kimi nümayiş etdirərək sürətlə silahlanır. Həm də onların çirkin planlarının tərkib hissəsi olaraq separatçıların aktivləşməsi başlayıb. Qərb Ermənistanı nə qədər silahlandırsa da hərbi güc balansında Azərbaycanı üstələyə bilməz. Həm də dövlət başçısının qeyd etdiyi kimi Ermənistanın silahlanması ölkəmizin suverenliyi üçün yenidən təhlükə mənbəyinə çevrilərsə, həmin nöqtələr harada yerləşməsindən asılı olmayaraq zərərsizləşdiriləcək. Təbii ki, biz 44 günlük Vətən müharibəsində və keçən ilin sentyabrın 20-də bir neçə saatda apardığımız antiterror tədbirləri zamanı Ermənistana və onun havadarlarına gücümüzü nümayiş etdirmişik. Ordumuzun gücü hər gün artırılmaqdadır və gələcəkdə də yaranacaq hər bir təhlükəni anındaca məhv etmək iqtidarında olacaq, gücünü qoruyub saxlayacaq”.

Millət vəkilinin sözlərinə görə, son vaxtlar Ermənistanın sülhdən yayınması və separatçıların aktivləşdirilməsi ölkəmizdə keçiriləcək COP29 tədbirinin ABŞ və Fransa tərəfindən həzm edə bilməməyindən irəli gəlir:

” Çünki onlara zəif Azərbaycan maraqlıdır. Onlar ölkəmizi 30 ildə torpaqlarımızda erməni işğalı ilə barışdırmağa çalışırdı. Onlar üçün qəribə gəlir ki, Azərbaycan heç kimlə məsləhətləşmədən öz ərazilərinin suverenliyini təmin etdi və böyük beynəlxalq tədbirlərə ev sahibliyi edərək müstəqil siyasət yürüdür. Yəni, ölkəmizin qələbəsini və uğurlarını həzm edə bilməyən ölkələr bizə dost ola bilməz. Amma heç nəyə baxmadan müstəqil siyasətimiz davam edir və dost olmayanlara da vaxtında cavablar veriləcək”.

//Gülnarə Abasova, Editor.az