“1991-ci ildən bu günə kimi 3 385 azərbaycanlı Ermənistanın minalarının qurbanı olub”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.
O, Ermənistanın Azərbaycana qarşı sistemli və məqsədyönlü mina terroru siyasətinin dəhşətli rəqəmlərini əks etdirən cədvəlini də paylaşıb.
“Ermənistan və qeyri-qanuni marionet xunta rejimi Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər perimetri boyunca yerləşdirməyə davam edir”, – deyə prezidentin köməkçisi sözlərini yekunlaşdırıb.