Prezidentin köməkçisi Ermənistanın saxta məlumatlar yaymasından danışdıbackend

Prezidentin köməkçisi Ermənistanın saxta məlumatlar yaymasından danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan döyüş meydanında acizliyini və qorxaqlığını göstərərək, atəş açır. Onlar bu acizlik formasında mülki əhalini hədəfə alırlar”.

Editor.az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, Azərbaycan Respublikasının silahlı qüvvələri düşmənin cavabını verir və düşmən yerinə oturdulur:

“Beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlar verilib”.

Onun sözlərinə görə, Ermənistan tərəfindən cılız və reallıqdan uzaq saxta məlumatlar hazırlanır və sosial şəbəkələrdə yayılır:

“Saxta məlumatlar hazırlayan silahlı qüvvələrə Ermənistan xalqı özü inanmamalıdır”.