Prezidentin köməkçisi İran səfiri ilə nələri müzakirə etdi? – FOTObackend

Prezidentin köməkçisi İran səfiri ilə nələri müzakirə etdi? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə H.Hacıyev özünün “Twitter” hesabında məlumat paylaşıb.

Prezidentin köməkçisi bildirib ki, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələr müzakirə edilib.

Həmçinin iki ölkə arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.