Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİbackend

Prezidentin köməkçisindən Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı HƏYƏCAN TƏBİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gündəlik əsasda rəqəmlər onu göstərir ki, koronavirusa yoluxma artır. Artıq rəqəmlər 2000-i keçib, eyni zamanda, yoluxma nəticəsində ölənlərin sayı da çoxluq təşkil edir”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Vətən Müharibəsi ilə yanaşı, ikinci cəbhədə – koronavirus cəbhəsində mübarizəmiz davam edir:

“Son dövrlər dünya miqyasında koronavirusa yoluxma sayının artdığı müşahidə edilir. Qonşu ölkələr – Gürcüstan, Rusiya, İran, Türkiyədə yoluxma saylarının artımında dinamika müşahidə olunur.

Avropa İttifaqı ölkələri, o cümlədən, dünyanın başqa ölkələrində də yoluxma artır. Azərbaycanda COVID-19-a yoluxma rəqəmlərinin gündəlik əsasda artım tendensiyası narahat doğuracaq saydadır.

Bu da ciddi narahatlıq mövzusudur. Vətən Müharibəsində olduğumuzu nəzərə alaraq, koronavirusa yoluxma sayı hər kəsi narahat edir”.

O vurğulayıb ki, yaralı əsgərlərimizin müalicəsi də səhiyyə sistemində qarşıda duran vəzifələrdəndir:

“Səhiyyə sistemi iki cəbhədə işini görür. Bununla bərabər, koronavirus xəstələrinin sayının artması narahatedicidir. Kim Vətən Müharibəsinə öz töhfəsini vermək istəyirsə, qaydalara riayət etməlidir”, – deyə o qeyd edib.