Prezidentin Litva səfəri: Avropa ölkələri ilə əməkdaşlıq GENİŞLƏNDİRİLİRbackend

Prezidentin Litva səfəri: Avropa ölkələri ilə əməkdaşlıq GENİŞLƏNDİRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Pribaltika ölkələri ilə əlaqələri siyasi və iqtisadi müstəvidə yeni mərhələyə keçir. Bu xüsusda Azərbaycan Prezidentinin Litva səfəri və əlaqələrin inkişaf etdirilməsi istiqamətində imzalanan sənədlər göstərir ki, hər iki dövlət münasibətlərin yeni nizama uyğun formalaşdırılmasında maraqlıdır. Xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında bütün sahələrdə, xüsusilə də yaşıl enerji sahəsində yeni əməkdaşklıq formatı formalaşdırılır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin 22 mayda Litva rəsmi səfərinin əhəmiyyətini şərh edərkən deyib.

Politoloq Azərbaycanın Litva və digər Avropa ölkələri ilə əməkdaşlıqlarının sahələrinin genişləndiyi qənaətindədir:

“Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Hesab edirəm ki, Litva ilə imzalanan bu sənədlər yeni başlanğıclara hesablanıb. Təkcə Litva deyil, pribaltik ölkələrindən Estoniya və Latviya ilə də əlaqələr daha da inkişaf etdiriləcək. Bir çox istiqamətdə ikitərəfli əməkdaşlıqlar yüksək qiymətləndirilir. Litva ilə əməkdaşlıq bir növ Avropa İttifaqı ilə əməkdaşlıqdır”.

M. Əsədullazadə qeyd edib ki, dünyada baş verən yeni böhranlar fonunda Avropa ölkələri ilə əməkdaşlığın genişləndirilməsi dövlətimizin inkişafına ciddi təkan verir:

” Litva da Azərbaycan da Rusiya-Qərb qarşıdurması fonunda sərhəddə yerləşir. Hər iki tərəfin təhlükəsizliyi ilə bağlı narahatlıqları var. Bu istiqamətdə də yeni əməkdaşlıqlar gözlənilir. Beləliklə milli maraqlara uyğun  yeni müttəfiqliklər üçün geniş imkanlar var”.

//Gülnarə Abasova, Editor.az