Prezidentin sərəncamı ilə 150 min tələbə və doktorantların təqaüdləri artırılıbbackend

Prezidentin sərəncamı ilə 150 min tələbə və doktorantların təqaüdləri artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 150 min tələbə və doktorantların təqaüdləri artırılıb.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.

Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.