Prezidentin Xocalı ilə bağlı verdiyi mühüm MESAJ – Yaxın gələcəkdə nə gözlənilir?backend

Prezidentin Xocalı ilə bağlı verdiyi mühüm MESAJ – Yaxın gələcəkdə nə gözlənilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xocalını unutmayın”. Ali Baş Komandan İlham Əliyev 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı bunu təsadüfən səsləndirmədi.

Bu o deməkdir ki, heç bir xalq keçmişdə başına gətirilən faciəni unutmamalıdır. Unutsan, bu faciənin yenidən baş verməsi ehtimalı var. Dövlət başçısı gələcək nəsillərə mesaj ötürdü ki, Xocalını unutmaq, bu faciələrin yenidən təkrarlanması demək olar. 50-100 il keçsə də, ehtiyatlı olmalısan, dostluq-qardaşlıq deyə faciənə zəmin yaratmamalısan. İqtisadi münasibətini qur, nəqliyyat dəhlizindən birgə yararlan, amma ərazi iddiası məsələsində güzəştə getmə.

Beləliklə, nə baş verir və yaxın gələcəkdə nə gözlənilir:

– Azərbaycan yeni silahlar almağa başlayıb. Yüksək texnologiyaya malik silahlar ölkəni dörd bir yandan qorumağa imkan verəcək. Havadan, sudan, qurudan. 44 gündə bir daha nəzər saldıq ki, gələcəkdə hansı silahları almalıyıq. Xatırlayırsınızsa, Prezident müharibə vaxtı demişdi ki, bəzən anbarlar lazımsız silahlarla da doldurulub. Yüksək texnologiya əsasında modern döyüş nümayiş etdirdiyimiz zamanda o silahların tətbiqinin heç bir əhəmiyyəti yox idi. İndi isə bu sahədə yeni planlaşdırma aparılıb, düşmənin texniki və canlı qüvvəsini qısa vaxtda və effektiv şəkildə məhv edən silahlar alınacaq. Qarabağın quruculuq işinə xeyli maliyyə vəsaiti sərf olunacağı vaxtda, silahların alınmasında əhəmiyyətsiz israfçılığa yol vermək olmaz. Artıq bəzi silahlar sifariş edilib. Necə ki “Polonez” raket sistemini Azərbaycan tərəfi Belarusa sifariş etmişdi. Təbii-coğrafi məkana görə verilən silah sifarişləri də vaxtında hazırlanır. Hələ bu son deyil.

– Yaxın bildiyimiz ölkələr Azərbaycanda silah istehsal edəcək. Birincisi, bu etibardan irəli gəlir. Etibarına əmin olmadığın ölkənin ərazisində milli silah istehsalını həyata keçirməzlər. Qarşılıqlı inam belə sazişlərin yaranmasına səbəb olur. İkincisi, silah istehsalı yeni iş yerlərinin yaranması ilə yanaşı, yeni mütəxəssislərin təşəkkül tapması deməkdir. Üçüncüsü, ölkənin ərazisində başqa ölkənin silah istehsalı o deməkdir ki, o silahlar müəyyən faiz həcmində bizə havayı qalacaq, yaxud çox ucuz qiymətə alınacaq. Azərbaycan ordusunun hazırlığı NATO standartları səviyyəsində olacağı da sevindirici hadisədir.

Bütün bunlar nə deməkdir?

– Azərbaycan tərəfi Ermənistana inanmır. İstənilən qüvvə o ölkəni Azərbaycana qarşı qaldıra bilər. Bundan başqa, ortada Sülh sazişi də yoxdur. Ermənistan o sazişlə torpaqların bizə məxsusluğunu sənədli şəkildə təsdiqləməlidir. Düzdür, Azərbaycan tərəfi Sülh sazişi imzalanacağı təqdirdə belə onun istənilən zaman qorunub saxlanacağına əmin deyil, amma hər halda illər sonra yenidən torpaq iddiasını yatırmağa o sənəd əsas vasitə sayıla bilər.

Prezident İlham Əliyevin əsas strategiyası nədən ibarətdir:

– Ermənistan xarici siyasətdə tam əminli ölkə deyil, müstəqil siyasəti yoxdur. O baxımdan ehtiyat tədbirləri görmək lazımdır. Müstəqil xarici kursa malik olmayan ölkə maraqlı qüvvələrin poliqonuna çevrilər, qonşusu ilə qəti əminli siyasət aparmaz, əsrlərə söykənən təhlükəsiz qonşuluq münasibəti qurmaz.

İkincisi, prezident çalışır ki, Qarabağ dərdi yenidən yaşanmasın. İstər delimitasiya məsələsində – Ordumuz yüksək mövqelərdə möhkəmlənməyi əsas tutur, istər Ermənistanın zorakılığa əsaslanan siyasəti bütün beynəlxalq tədbirlərdə, KİV vasitəsilə dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Ki, gələcəkdə yeni revanş hissinə qapansa – qınanılsın, informasiya blokadasına düşməyək. Azərbaycan tərəfi əsrlərə hesablanan tədbirləri indidən görməyə çalışır. Və “Xocalını unutmaq olmaz” mesajı təsadüfən verilmir.