Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİKbackend

Prezidentin xüsusi nümayəndəsi vəzifələri ilə bağlı qanunda DƏYİŞİKLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına, xüsusi nümayəndələrin müavinləri vəzifələri ikinci təsnifatına, xüsusi nümayəndəliklərdəki mütəxəssislər üçüncü təsnifatına daxil edilib.

Bundan başqa, dövlət başçısı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.

Fərmana əsasən, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi vəzifələri  inzibati vəzifələrin təsnifatlarına daxil edilib.