Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi – Artıq bığ saxlayırbackend

Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi – Artıq bığ saxlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hər kəsin xatirindədir.

 

Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək “Bunun bığı vardı, indi yoxdur”, -deyir. İlham Əliyev isə cavabında “tökülüb”, -deyə bildirir. C.Əsgərov “yaşlandıq, töküldü… Zəngilanda olacaq”, -deyib zarafatyana dialoqa əlavə edir.

 

Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub. Bakupost.az -ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub. Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.