Prezidentliyə namizəd İrəvandan Türkiyəyə “meydan oxudu”backend

Prezidentliyə namizəd İrəvandan Türkiyəyə “meydan oxudu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransalı yazıçı, jurnalist və prezidentliyə namizəd Erik Zemmur Ermənistana üçgünlük səfər edib.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində paylaşım edib.

Türkiyə-Ermənistan sərhədində – Ağrı dağı fonunda foto çəkdirən Zemmur paylaşımında bu sözləri yazıb:

“Burada, Türkiyə-Ermənistan sərhədində Ağrı dağı ilə üzbəüz dayanaraq demək istəyirəm ki, ermənilər əsrlər boyu müqavimət nümunəsi (? – red.) olublar”.

Qeyd edək ki, fransalı yazarın tarixi bilərəkdən təhrif edərək erməni terrorizmini “müqavimət nümunəsi” kimi təqdim etməsi Fransanın Türkiyəyə qarşı dövlət siyasətinin tərkib hissəsi təəssüratı yaradır.