Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıbbackend

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək istəyən daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiyanın katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Əvəz Bəbirxan oğlu Temirxanın prezidentliyə namizədliyinin özü tərəfindən irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, bununla prezidentliyə namizədliyi təsdiq edilən şəxslərin sayı 17-yə çatıb.

Belə ki, MSK dekabrın 19-da İlham Əliyevin (hakim Yeni Azərbaycan Partiyası tərəfindən), dekabrın 21-də keçirilən iclasında Zahid Oruc və Fuad Əliyevin (özləri tərəfindən), Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Razi Nurullayevin (Milli Cəbhə Partiyası), dekabrın 26-da namizədlikləri özləri tərəfindən irəli sürülən Sərvan Kərimovun, Mətləb Mütəllimlinin, Abutalıb Səmədovun, Fikrət Yusifovun, Yusif Bağırzadənin, Arzuman Abdulkərimovun, Yunus Oğuzun və Qulamhüseyn Əlibəylinin, dekabrın 30-u isə Namizəd Səfərovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Onu da qeyd edək ki, MSK-nın dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.