19 fevral axşamı Primorsk diyarının Romnı bələdiyyə rayonunda ağac kəsmə sahəsindən qalxan və yoxa çıxan “Robinson” helikopterinin axtarışına başlanılıb.

Xilasedicilər və istintaq qrupu ehtimal olunan marşrut üzrə göndərilib.
Əldə olan məlumata görə, helikopter Romnı bələdiyyə rayonunun Amaranka kəndindən təxminən 130 kilometr aralıda yerləşən ağac kəsmə sahəsindən qalxıb və yolda yoxa çıxıb. Hadisənin səbəbləri araşdırılır və itkinin mümkün səbəbi ilə bağlı heç bir məlumat verilməyib.

Amur vilayətinin Fövqəladə Hallar Nazirliyi axtarış-xilasetmə əməliyyatları aparmaq üçün Blaqoveşçenskdən əraziyə xüsusi qrup və xilasetmə qüvvələrinin göndərildiyini bildirib. Ümumilikdə axtarışa 42 nəfər və 14 texnika, o cümlədən qar arabaları və pilotsuz uçuş aparatı cəlb olunub.

//Samir Qurbanov, Editor.az