“Princess of the Arctic” yandıbackend

“Princess of the Arctic” yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Murmansk dəniz limanında “Princess of the Arctic” gəmisində yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə “Murmansk Vestnik” xəbər verib. İlkin məlumatlara görə, yanğına səbəb anbarda aparılan qaynaq işləri olub.

Gəmi balıqçılıq limanının 22-ci yanalma körpüsündə yerləşib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi gəmidə yeddi nəfərin olduğunu, onlardan altısının özbaşına təxliyyə olunduğu, bir nəfərin isə xilas edildiyini bildirib. Yanğın barədə məlumat saat 14:25-də daxil olub, saat 15:37-də yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ərazidə 9 texnika və 28 nəfər işləyir.
Qeyd edək ki, “Arktika Princess”in qeydiyyat limanı Murmanskdır. “SeverPost.ru” xəbər verir ki, gəmi “Arctic Shipping” şirkətinə məxsusdur.

//Samir Qurbanov,Editor.az