Priqoji: “Rusiya ordusu Vaqnerin qərargaha daxil olmasına qadağa qoyub”backend

Priqoji: “Rusiya ordusu Vaqnerin qərargaha daxil olmasına qadağa qoyub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcili sursatın ayrılması üçün martın 5-də Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyat bölmələrinin komandirinə məktub yazdığını qeyd edən “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin martın 6-da saat 08:00-da nümayəndəsinin qərargaha giriş kartının ləğv edildiyini və bölməyə daxil olmasına qadağa qoyulduğunu bəyan edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Kreml aşpazı” kimi tanınan Priqojin şirkətinin “Konkord” adlı sosial media hesabından açıqlama verib.

Priqojin videodakı çağırışla bağlı verdiyi yazılı açıqlamada muzdlu döyüşçülərin Rusiya Müdafiə Nazirliyinin böhtan ifadəsini işlətmədiyini vurğulayaraq yalnız sursat tələblərini dilə gətirdiklərini bildirib. Daha sonra Rusiyada kifayət qədər sursat istehsal olunduğunu, lakin onun təchizatı ilə bağlı problemlərin həll olunmadığını diqqətə çatdırıb.

Bu açıqlamadan sonra Rusiya Müdafiə Nazirliyi “Sursat tədarükü ilə bağlı problemlər”in reallığa söykənmədiyini və hücum bölmələrinin bütün tələblərinin ən qısa zamanda yerinə yetirildiyini bildirib.

//Safura Bənnayeva, Editor.az