Priqojin olan təyyarənin bir hissəsi qəzaya uğradığı yerdən 2 kilometr aralıda tapılıbbackend

Priqojin olan təyyarənin bir hissəsi qəzaya uğradığı yerdən 2 kilometr aralıda tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Tver vilayətində içərisində “Vaqner” qrupunun prezidenti Yevgeni Priqojinin də olduğu qəzaya uğrayan təyyarənin bir parçası təyyarənin düşdüyü yerdən 2 kilometr aralıda tapılıb.

Editor.az xəbər verir ki, Sputnik müxbirinin hadisə yerindən verdiyi məlumata görə, təyyarənin bir hissəsinin qəza yerindən təxminən 2 kilometr aralıda, Kujenkino kəndinin girişinə düşdüyü müəyyən edilib.

Polis parçanın tapıldığı yeri mühasirəyə alıb və insanların bu əraziyə daxil olmasını qadağan edib. Polis qrupları da yoldan keçən nəqliyyat vasitələrini saxlayıb yoxlayır.

Qeyd edək ki, dünən axşam saatlarında Rusiyanın Tver vilayətində Embraer Legacy tipli şəxsi sərnişin təyyarəsi qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa gedən təyyarədə olan 10 nəfərin hamısının həyatını itirdiyi bildirilib.

//Gülnarə Abasova, Editor.az