Rəsmi Paris Priqojinin öldüyü bildirilən təyyarə qəzası ilə əlaqədar “əsaslı şübhələr” olduğunu bildirib.
Fransa hökumətinin sözçüsü Olivier Verana baş vermiş qəza və ABŞ prezidenti Co Baydenin “France 2” televiziyasında səsləndirdiyi “Rusiyada arxasında Putinin olmadığı çox az şey baş verir” iddiası ilə bağlı sualları cavablandırıb.
Sualı cavablayan sözçü “Biz bu qəzanın şərtlərini hələ bilmirik. Lakin bəzi əsaslı şübhələrimiz ola bilər”,- deyə bildirib.
Publika.az