“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin tələblərindən biri də müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovun istefası olub.
Editor.az Rusiya Müdafiə Nazirliyinə yaxın olan məşhur “Rybar Z” kanalının məlumatına istinadən bildirir ki, üsyanın PMC rəhbəri üçün əlverişli şərtlərlə dayandırıldığını nəzərə alsaq, Sergey Şoyqu və Valeri Gerasimov da daxil olmaqla, Rusiya Müdafiə Nazirliyinin bütün rəhbərliyi istefaya göndəriləcək.
//Samir Qurbanov, Editor.az

