Priqojinin təyyarəsi Belarusa endibackend

Priqojinin təyyarəsi Belarusa endi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin təyyarəsi Belarusda eniş edib.

Editor.az xəbər verir ki, bu barədə “Belaruski Qayun” monitorinq qrupu məlumat yayıb.

Yevgeni Priqojinin biznes-jeti bu gün saat 07:40-da Minsk yaxınlığındakı Maçulişi hərbi aerodromuna eniş edib.

Rusiyadan daha bir biznes-jet saat 07:58-də gəlib.

Xatırladaq ki, daha əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Uorner Priqojinin Minskdə olması barədə məlumata sahib olduğunu bildirmişdi. /Yenisabah.az