Priti Patel Britaniya hökumətinin qərarını müdafiə edibbackend

Priti Patel Britaniya hökumətinin qərarını müdafiə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın daxili işlər naziri Priti Patel hökumətin Ruandaya sığınacaq axtaranlar göndərməklə bağlı planını tənqid edənlərə cavab verib. O qeyd edib ki, bunu tənqid edənlər alternativ təklif irəli sürsünlər.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Ruanda xarici işlər naziri Vincent Biruta ilə Priti Patel “Times” qəzetinə ortaq məqalə yazıblar.

Hər iki siyasətçi İngiltərəyə Ruandadan qanunsuz gələnlərin ölkəyə qaytarılmasının zəruriliyini vurğulayıb. Məqalədə o da qeyd olunub ki, bütün bunların səbəbi yaşanacaq bütün humanitar böhrandan qaçqınları xilas etməkdir. Eyni zamanda, bildirilib ki görülmüş tədbirlərin məqsədi Ruandadan gələn qanunsuz miqrantları insan alverçilərinin caynağından xilas etməkdir.

//Editor.az