Professor koronavirusun mutasiyaya uğramış formasından danışdı: ‘’ Əgər sübut olunsa ki…’’backend

Professor koronavirusun mutasiyaya uğramış formasından danışdı: ‘’ Əgər sübut olunsa ki…’’

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Virusun yeni forması barədə ciddi araşdırmalar gedir. Koronavirusun mutasiyaya uğramış ştamları çoxdur. Lakin bu ştam yeni xassəlidir’’.

Bu sözləri Editor.az-a açıqlamasında tibbi elmlər doktoru, professor Adil Qeybulla deyib.

Professor bildirib ki, ilkin məlumatlar ondan ibarətdir ki , virus immunidefisinli xəstələrin orqanizmində qalıb mutasiyaya uğrayıb.  Mutasiyaya uğramış bu forma daha asanlıqla orqanizmin tələffüz yoluna daxil olur ve bədənə yayılır: ”Yeni koronavirusdan qorunmaq məqsədilə hazırlanmış vaksinlərin effektlivliyi yüksəkdir. Vaksinlərdən gözləntilər böyükdür. Araşdırmaların nəticəsində mutasiyaya uğramış virusla bağlı məsələlər sübut olunarsa, mövcud vaksinlərin tərkibində müəyyən dəyişikliklər olunmalıdır”.

Gülnarə Abasova, Editor.az