“Prokurorluq orqanlarında ciddi islahatlar keçirilib” – Fuad Ələsgərovbackend

“Prokurorluq orqanlarında ciddi islahatlar keçirilib” – Fuad Ələsgərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prokurorluq orqanlarında ciddi islahatlar həyata keçirilib. Azərbaycan Prezidenti daim prokurorluq orqanlarına diqqət yetirir.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F.Ələsgərov bildirib ki, prokurorluq orqanlarında islahatlar daim davam etdirilir.

O qeyd edib ki, keçən il Azərbaycan tarixində şanlı bir il oldu və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızı azad etdi: “44 günlük Vətən müharibəsi dövründə prokurorluq orqanları da öz vəzifələrini layiqincə yerinə yetirdi”.