“Ermənistan tərəfindən Laçın yolunda NBM atəşə tutması sülh danışıqlarını pozmaqdan ibarətdir”.
Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsinin avtomat silahlardan atəşə tutulması və nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisinin yaralanması hadisəsinə münasibət bildirərkən deyib.
Politoloq hesab edir ki, prosesin arxasında birmənalı şəkildə Rusiya dayanır:
“Rusiyanın Ermənistanda agentura şəbəkəsinin belə bir təxribatlarını gözləməliyik. Məqsəd Qərbin vasitəçiliyini pozmaqdan ibarətdir. Ermənistanda revanşistlər birbaşa Kreml tərəfindən idarə olunur. Bu kimi silahlı təxribatlar Ermənistanın əleyhinə işləyir. Bu dəhşətli hadisə Ermənistan tərəfindən törədilən terrorizmin növbəti açıq təzahürüdür.
//Gülnarə Abasova, Editor.az

