“Ukrayna uğradığı işğal hücumuna gələcəyi baxımından müqavimət göstərməyə məhkumdur. Hücumçunun güclü olması faktı Ukrayna xalqını ölkəsini müdafiə etməkdən çəkindirə bilməz. Bu, Ukrayna xalqı və dövləti üçün ölüm-qalım müharibəsidir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloqun sözlərinə görə Rusiya Ukraynanı məhv etmək, bir dövlət kimi varlığına son qoymaq üçün bu münaqişəni başladıb:
“Bu baxımdan səfərbərliyin müddətinin uzadılması təbii haldır. Səfərbərlik prosesində çətinliklər ola bilər təbii olaraq, amma bu Ukrayna dövlətinin həll edə bilməyəcəyi problem deyil. Müharibənin sonunun necə olacağı isə mürəkkəb məsələdir. Amma gözlənilməz proseslər ola bilər. Beynəlxalq konyukturun gələcəyinin necə olacağı bu prosesi də müəyyən edəcək. Hesab edirəm ki, nəticə etibarilə Rusiya-Ukrayna müharibəsi elə bir sülh razılaşması ilə bitəcək ki, tərəflər nə qalib, nə də məğlub hesab edilməsin. Proseslər də buna doğru gedir”.
//Gülnarə Abasova, Editor.az

