Proseslərin İranla əlaqəsi yoxdur: “Hələ ki gözləmə mövqeyi tutacaq”backend

Proseslərin İranla əlaqəsi yoxdur: “Hələ ki gözləmə mövqeyi tutacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qəzzada hadisələrin faciəvi şəkildə davam etməsi fonunda Avropa ölkələrində İsrailə qarşı artan etirazlar nəticə etibarilə ona gətirib çıxarır ki, artıq bir sıra ölkələr bu vəziyyətdən çıxış yolu kimi Fələstinin müstəqilliyini tanımaq qərarına gəliblər. İsrail baş naziri və müdafiə nazirinin Beynəlxalq Cinayət Məhkəməsində həbsinə qərar verilməsinə səbəb olacaq hadisələr soyqırım kimi qiymətləndirilir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, İsrailin öz mövqeyi var və bu mövqe özünü müdafiəyə əsaslanır:

” HƏMAS-ın 7 oktyabr 2023-də törətdiyi terror aktı İsraili Qəzza zolağındakı terroristləri məhv etməyə və girovları azad etməyə hesablanmış hərbi əməliyyatlara başlaması, hələ də davam edən döyüşlər onu deməyə əsas verir ki, İsrail buna məcbur buraxılmışdı.

İndi Avropa ölkələrindən buna qarşı ucalan etiraz səsləri hadisələrin səbəbini arxa plana keçirmək kimi dəyərləndirilə bilər. Fələstin dövlətinin tanınması BMT qərarları ilə təsbit edilib, amma yerinə yetirilməyib. Hadisələrin sonunda Fələstinin müstəqilliyinin tanınması da yaxşı hal olardı. Proseslərin İranla əlaqəsinin olmadığı qənaətindəyəm. İran bu münaqişədə hər zaman HƏMAS-ın yanında olub, amma hesab edirəm ki, Fələstinin müstəqilliyinin tanınmasına ən son qoşulan dövlətlərdən biri olacaq. Hələlik gözləmə mövqeyi tutacaq”.

//Gülnarə Abasova, Editor.az