Provokasiyalar heç bir nəticə verməyəcək: “Çünki Ermənistan sülhə məcburdur”- ŞƏRHbackend

Provokasiyalar heç bir nəticə verməyəcək: “Çünki Ermənistan sülhə məcburdur”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın qazandığı qələbə bu gün Ermənistandan sülh tələb edir. Ermənistanın bütün təxribat və provokasiyalarına rəğmən hesab edirəm ki, iki ölkə arasında barış əldə edilməlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Tural İsmayılov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvanın bütün təxribatçı mövqeyinə baxmayaraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yaxındır:

“Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər fonunda Ermənistanın sərhədlərin delimitasiyasından boyun qaçırtmaq kimi bir şansı ola bilməz. Bu baxımdan Ermənistan baş naziri Nikol Paşinyan sərhəddə müxtəlif din xadimləri adı altında gizlənmiş revanşist faşistlərdən istifadə edərək belə bir mənzərə yaratmağa çalışır ki, guya ona qarşı ciddi etirazlar var. Ermənistanda müxtəlif din xadimləri adı altinda pərdələnmiş təxribatçıların provokasiyalarının heç bir nəticəsi olmayacaq. Çünki Ermənistan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur”.

T.İsmayılov bildirib ki, bu gün Ermənistanda müəyyən revanşist qüvvələr Azərbaycanla Ermənistan arasında əldə olunan müəyyən delimitasiya razılaşmalarını pozmaq üçün əllərindən gələn bütün riçaqları işə salmağa çalışır:

” Əslində bu prosesdə təkcə hal-hazırda Ermənistanda revanşist dairələri təmsil edən müəyyən neofaşist qüvvələr deyil, həm də erməni kilsəsi də əsas rupor rolunda çıxış edir. Burada isə təəccüblü heç bir məqam yoxdur. Çünki Ermənistanın 30 illik işğal faktoru, eyni zamanda, Ermənistan gəncliyinin beyninin zəhərlənməsində də əsas ideoloji tezisləri erməni lobbisi ilə yanaşı, hər zaman erməni keşişləri və kilsəsi, xüsusilə Qriqoryan kilsəsi ön planda tutmuşdur. Nəticədə isə bu gün görünən odur ki, Azərbaycanla sərhəddə delimitasiya prosesinə mane olmaq üçün artıq Ermənistanda keşislərdən də istifadə etməyə çalışırlar. Kilsə burada təxribatçı mövqeyin əsas ruporu və piarçısı qismində çıxış edir. Bu isə bir daha göstərir ki, Ermənistanda təkcə siyasətçilər və dövlət xadimi deyil, həm də din adından istifadə edən kilsə keşişçiləri də işğalçılığı və qəsbkarlığı, neofaşizmi davam etdirmək istəyir. Ancaq Azərbaycanın qazandığı qələbə regionu barışa və sülhə məcbur edir”.

//Gülnarə Abasova, Editor.az