Psixoloq 100 % xəyanət edən qadınların kimliklərini AÇIQLADIbackend

Psixoloq 100 % xəyanət edən qadınların kimliklərini AÇIQLADI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atalar deyib ki, “kənarına bax bezi al, anasına bax qızı al”. Dədə-babalarımızın bu fikrini bu gün elm də sübut edir. Avstraliya Quennsland Universitetinin alimləri bu qənaətə gəlib ki, qadınlar nə edirsə etsin, genlərində xəyanət varsa, bir şəkildə ərlərinə sədaqətsizlik edir. Elm adamları qadınların 40 % -ının xəyanətə meyilli olduğunu və bunun səbəbinin genləri ilə bağlı olduğunu sübut ediblər.

Araşdırmanın nəticələrinə görə genetik quruluş qadınların yoldaşlarına nə sıxlıqla xəyanət edəcəyini göstərir. Psixoloq Brandon Zitsç qadınlarda buna səbəb olan genin ilk dəlillərini ortaya çıxardıb.
Yaşları 18-49 arasında dəyişən 7300 uzun müddətli əlaqə yaşayan cütlük araşdırılıb. Nəticələrə görə qadınların genetikası qarışıq olan qadınlar ən az 1, bəzilərinin isə birdən çox sevgilisi üzə çıxıb.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan tanınmış psixoloq Gülnar Orucova bütün hallarda xəyənət diqqətsizlikdən və sevgisizlikdən qaynaqlandığını söylədi.

O, bildirdi ki, amma xəyanətdə genetik amillər də var:

“Məsələn, uşaq baxır ki, sədaqətsizlik ailədə normal qəbul olunur, ona qarşı ciddi təpki olmur, onda o da gələcəkdə həyat yoldaşına qarşı xəyanətdə qeyri-adi heç nə görmür. Çox təəssüf ki, uşaq buna bir ailə ənənəsi kimi baxır. Ona görə də bir çox qadınlar üçün xəyanət qaçılmazdır.

O, xəyanət etməyə bir növ aludədir. Çünki, ailə də bir cəmiyyətdir. Uşaq ailədə gördükləri vərdişlərin çoxunu sonradan böyük cəmiyyətə daşıyır. O cümlədən də, xəyanəti”.

Psixoloq onu da əlavə etdi ki, insana ətraf mühitin də ciddi təsiri olur:

“Bəzən düşdüyün mühit səni pis yola, xəyanətə məcbur edir. Çünki, çevrəndə hamı eyni şeyi təkrarlayır. Və sən də fərd olaraq cəmiyyətdəki axına qoşulmaq məcburiyyətində qalırsan.

Amma bütün hallarda genetika əsas rol oynayır. Bəzi qadınlar xəyanəti ən axırıncı yol hesab edirlər. Bu da genetikdir. Ona görə də həm atalarımızın, həm də alimlərin dedikləri ilə razılaşmaq lazımdır”.