“Uşaqlarda autizm spektr pozuntusu vaxtında təsbit olunsa, müalicəsi də daha səmərəli olar. Müalicə tədbirləri daha çox təlim və sosiallaşmaya yönəlməlidir”.
Bu sözləri Editor.az-a açıqlamasında psixoloq Leyla Əli deyib.
Psixoloqun sözlərinə görə, autizm spektr pozuntusu insanın topluma uyğunlaşma, nitq, psixi inkişaf pozuntusu ilə bağlı xəstəlikdir:
“Autizm spektr pozuntusu olan uşaqlar dost qazanmağa meylli olmur, başqa uşaqlarla oynamaqdan tək qalmağı üstün tuturlar. Autizm sindromu olan uşaqlar arasında oğlanlar qızlardan təqribən dörd dəfə çoxdur. Autizmin əlamətləri bəzən körpə yaşda, daha çox isə üç yaşa yaxın özünü göstərməyə başlayır”.
Leyla Əli autizm spektr pozuntusunun əsas əlamətlərini diqqətə çəkib:
“Göz təmasının qurulmaması”;
“Nitqin yaşına uyğun olmaması və ya heç
olmaması”
“İşarə barmağını istifadə etməmək”;
“Uşağın özünə qapalı olması”
“Fırlanan əşyalara maraq göstərməsi”
“Təkrarlanan hərəkətlər”;
“Adına reaksiya verməməsi”;
“Yaşıdları ilə sosiallaşa bilməmək”
“Özü haqqında ikinci, üçüncü sifətdə (sən, o)
danışır”
“Ayrı-ayrı söz və cümlələri aramsız təkrar edir”
“İlk sözlərini tələffüz etdikdən sonra nitqi itib”
“Sözləri tələffüz etmək əvəzinə səslər çıxarır”
“Oyuncaqlara maraq göstərmir”
“Yaşıdlarına meyl göstərmir, onlarla oynamır”
“Özünə xəsarət yetirir”
“Səslərdən qorxur”
Psixoloq bildirib ki, autizm spektr pozuntusu həkim psixiatr tərəfindən təyin olunur:
“Psixoloq, loqoped, pedaqoqla birlikdə erkən müdaxilə tədbirlərinə başlansa, uşağın gələcəkdə toplumda yerini tapması bir o qədər çox ehtimal olunur”.
//Gülnarə Abasova, Editor.az

