Sinqapur İdarəetmə Universitetinin psixoloqları uzunmüddətli romantik münasibətlərdə yumorun rolunu araşdırıblar.
Editor.az xəbər verir ki, bu barədə Tədqiqat Psychological Science (PSS) elmi jurnalında dərc olunub. Yumor uzun müddətdir ki, tanışlığın ilkin mərhələlərində insanlara tərəfdaşı qazanmağa kömək edən arzu olunan xüsusiyyət kimi tanınır.
Tədqiqatçılar ən azı bir il yarım romantik münasibətdə olan 108 cütlüyü seçiblər. İştirakçılardan bir həftə ərzində hər gün partnyorlarının qavrayışları ilə bağlı təəssüratlarını qeyd edərək gündəlik tutmaları istənilib. Onlar da münasibətdən məmnunluq səviyyələrini qeyd ediblər. Bu, mütəxəssislərə cütlüklərdə qarşılıqlı əlaqənin keyfiyyətindəki gündəlik dalğalanmaları öyrənməyə imkan verir. Yumor tərəfdaşlar arasında qarşılıqlı marağı qorumağa kömək edir.
Gələcəkdə psixoloqlar yumorun valideynlər və uşaqlar arasındakı münasibətlərə təsirini öyrənməyə ümid edirlər.
//Gülnarə Abasova, Editor.az

