PSJ-də Messiyə alternativ kim olacaq?backend

PSJ-də Messiyə alternativ kim olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin ulduz futbolçusu Lionel Messi bu yay Devid Bekemin dəvəti ilə onun rəhbəri olduğu “İnter Mayami” klubuna keçid edə bilər.

Editor.az Türkiyənin “Sporx” sayıtına istinadən xəbər verir ki, PSJ-nin prezidenti Nasser əl-Helaifi Messinin MLS keçəcəyi təqdirdə ona alternativ olaraq İngiltərənin “Liverpul” klubundan Muhammed Salahı heyətə qatmağı düşünür. İspaniya mətbuatnın məlumatına görə, Nasser əl-Helaifinin yaxın şərqdən oyunçu transfer etmək niyyəti var.

Qeyd edək ki, Muhammed Salahın bu mövsümün sonu “Liverpul”la müqaviləsinin vaxtı bitir. O hələ də ingilis klubu ilə yeni sövdələşməyə imza atmayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az