PSJ-də yeni namizəd: Roberto Mançinibackend

PSJ-də yeni namizəd: Roberto Mançini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubuna təyin ola biləcək baş məşqçilər arasında Roberto Mançinin adı yer alır.

Editor.az “sporx” a istinadən xəbər verir ki, namizədlər sırasında Tiaqo Motta, Kristoper Qalter, Serxio Konsesionun da adı mövcuddur.

Eyni zamanda da Mançini artıq gündəlik işlədiyi İtaliya millisindən ayrılmaq istəyini bildirib.

Onu da qeyd etmək lazımdır ki, italiyalı futbol mütəxəssisi ilə İstanbul nəhəngi “Qalatasaray”da maraqlanır. Bu mövsüm mənfi çıxışı ilə yadda qalan “sarı-qırmızılılar” çıxış yolu üçün kluba 2014/2015-cü il mövsümündə rəhbərlik etmiş Mançinini geri qaytarmaqda görürlər.

//Nəzərbəy Hacıağayev, Editor.az