PSJ klubunun prezidenti Nasser əl-Helaifi “Real Madrid”, “Barselona” və “Yuventus”un layihəsi olan Super Liqadan bəhs edib. Editor.az “sporx” a istinadən xəbər verir ki, Nasser əl-Helaifi bu layihənin həyata keçirilməsini mümkünsüz sayıb.
“Bu gün bu üç klubun rəhbərlərindən və azerkeşlərindən başqa heç kəs bu layihəyə dəstək vermir. Qəribə olan odur ki, layihəni dəstəkləyən klubların özü və azerkeşləri klubların UEFA bayrağı altında olan turnirlərdə iştirakından çox məmnundurlar. Hal-hazırda Super Liqa layihəsini həyata keçirmək mümkünsüzdür. Çünki bir çox insanlar buna qarşıdır. 2022-ci ildə potensialımızdan istifadə edərək bacarıqlarımızı artırmaq istəyirik. Hədəflərimizdən birincisi bu üç klubun haqsız olmasını və UEFA-nın dəyərinin artmasını təmin etməkdir”-deyə PSJ prezidenti bildirib.
//Editor.az

