Pskov yenidən atəş altındabackend

Pskov yenidən atəş altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl pilotsuz təyyarələrin hücumu zamanı İl-76 təyyarələrinin məhv edildiyi Rusiyanın Pskov şəhəri yenidən İHA-ların hücumuna məruz qalıb. Şəhərdə hava hücumundan müdafiə sistemi işləyir.

Editor.az bildirir ki, müvafiq videoçarxlar Rusiyanın Telegram kanalları tərəfindən yayımlanıb. Kadrlarda atışma səsləri eşidilir.

Eyni zamanda, bəzi ictimaiyyət nümayəndələri sərt atışlar haqqında yazırlar. “Pskovda yenidən atışma səsləri eşidilir. Yerli sakinlərin sözlərinə görə, şəhərdə hava hücumundan müdafiə də işləyir (ehtimal ki, PUA-nın hücumunu dəf edir),” – xəbərdə deyilir.

Daha sonra Pskov vilayətinin qubernatoru Mixail Vedernikov vəziyyəti şərh edib. “Krestov ərazisində hava məkanının nəzarət postlarından birinin müşahidəçiləri səmada tək naməlum obyekt aşkar ediblər. Videoda onun zərərsizləşdirilməsi tədbirləri əks olunub. Yerdə heç bir fəsad yoxdur. Ətraflı təfərrüatlar sonra veriləcək”, – o yazıb.

Qeyd edək ki, Pskov Ukraynadan 800 kilometr aralıda yerləşir. Bu məsafəyə baxmayaraq, bir neçə gün əvvəl orada yerli aerodrom hücuma məruz qalmışdı.

//Samir Qurbanov, Editor.az