PUA hücumu zamanı Vladimir Putin Kremldə olub? – YENİLƏNİB + VİDEObackend

PUA hücumu zamanı Vladimir Putin Kremldə olub? – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna PUA-larının hücum cəhdi zamanı Kremldə olmayıb”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Rəsmi Kreml Kiyevi Rusiya prezidentinə sui-qəsd cəhdində ittiham edib.

“Rusiya tərəfi lazım bildiyi yer və zamanda cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – deyə D.Peskov qeyd edib.

16:11

Ötən gecə Rusiya prezidentinin Kremldəki iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsinə cəhd olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə dövlət başçısı Vladimir Putinə Kiyev tərəfindən sui-qəsd cəhdi kimi qiymətləndirilib.

Elektron müdafiə sistemlərindən istifadə etməklə vaxtında görülən tədbirlər nəticəsində pilotsuz uçuş aparatları sıradan çıxarılıb.

Kremlin Mətbuat Xidmətindən əlavə edilib ki, Moskva Kiyevin Kremlə zərbə endirmək cəhdinə “harada və nə vaxt” cavab vermək hüququnu özündə saxlayır.