Avqustun 13-də axşam Rusiyanın Belqorod şəhərində güclü partlayış baş verib.
Editor.az bildirir bu barədə yerli Telegram kanalları yazıb. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, ilkin məlumata görə, partlayış saat 17:43-də Yesenina küçəsində baş verib.
Partlayışdan sonra 7-dən 13-cü mərtəbəyə qədər olan səviyyədə havalandırılan fasadın plitələri uçub. Qladkov inandırır ki, zərərçəkən olmayıb: “Şüşələr sınıb, kondisionerlər zədələnib, binanın fasadı dağılıb… 15-ə yaxın avtomobilə də ziyan dəyib”.
İlkin versiyaya görə, zərər PUA-nın hücumu nəticəsində alınıb.
//Samir Qurbanov, Editor.az