PUA-lar Krasnodarda neft emalı zavodunu vurubbackend

PUA-lar Krasnodarda neft emalı zavodunu vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Krasnodar diyarında Afipski neft emalı zavodunda yanğın baş verib.

Editor.az bildirir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Telegram-da yazıb. Onun sözlərinə görə, Severski rayonunda Afipski neft emalı zavodunun ərazisində yanğın baş verib. Mazut təmizləyən qurğulardan biri yanır. İlkin səbəb PUA-nın hücumudur. “SHOT”a görə, ilk dron hücumu səhər saat 3 radələrində baş verib.

Zavod alov və tüstüyə bürünüb. Bir neçə kilometr aralıdan güclü partlayış səsləri eşidilir”, – kanal yazıb. “Baza” nəşri isə PUA-nın zavoda düşməsini əks etdirən video yayımlayıb.

//Samir Qurbanov,Editor.az