PUA-lar yenidən Belqorodu vurdubackend

PUA-lar yenidən Belqorodu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 25-nə keçən gecə Belqorod və Belqorod vilayətində güclü partlayış səsləri eşidilib.

Regional qubernator Vyaçeslav Qladkov pilotsuz uçuş aparatlarının kütləvi hücumunu elan edib. İlkin məlumatlara görə, bir mülki şəxs yaralanıb.

Editor.az bildiir ki, bu barədə o, öz Telegram kanalında yazıb. İnternetdə güclü partlayış səslərinin eşidildiyi videolar yerləşdirilib. Qladkov yazır ki, bir sıra evlərin pəncərələri sınıb, dam və fasad zədələnib. Ticarət binalarının fasadlarına, avtomobillərə və qaz xətlərinə də ziyan dəyib.

//Samir Qurbanov, Editor.az