Pulsuz aldığı kreslodan 36 min dollar tapdıbackend

Pulsuz aldığı kreslodan 36 min dollar tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında Viki Umado adlı xanım internetdən ikinci əl pulsuz aldığı kreslonu evə gətirən zaman içərisindən 36 min dollar pul tapıb.

Editor.az xəbər verir ki,  məsələ ilə bağlı xanım “CNN” kanalına müsahibə verib.

“Kreslonu alıb evə gətirən kimi onu təmizləməyə başladım. Təmizlədiyim zaman kreslonun içindən bir zərf tapdım. Zərfi açdığımda içində 36 min dollar olduğunu gördüm. Dərhal kreslonu mənə bağışlayan ailə ilə əlaqəyə keçdim. Pulu onlara geri verdim. Onlar da təşəkkür əlaməti olaraq həmin puldan 2200 dollarını mənə geri qaytardılar,”- deyə o, bildirib.

Qeyd edək ki, kreslo mərhum bir şəxsə məxsus olub.

//Nəzərbəy, Editor.az