Ukraynanın 93-cü “Xolodnıy Yar” briqadasının əsgərləri Xarkov vilayətində rus hərbi karvanını pusquya salıblar.
Editor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Facebook-da 93-cü motoatıcı briqadadan məlumat daxil olub. Döyüşçülər Xarkov vilayətinin şimalında rus karvanını necə pusquya saldıqlarını və rus işğalçılarının bütün texnikanı və yanacaq ehtiyatlarını qoyaraq necə qaçdıqlarından danışdıla: “Rusiyanın simvolik 200-cü briqadası. Gəldilər və getdilər. Bizim atəşə məruz qalaraq 30-dan artıq texnikalarını atıb getdilər. Həmin texnikanın içində tanklar, MT-LB, Kamazlar, Ural maşınları da var – deyə, əsgərlərdən biri bildirib. Hərbçilərimiz ələ keçirilən düşmən texnikasının üzərinə Ukrayna bayraqlarını çəkiblər ki, yerli əhalini qorxmasın.
//Gülnarə Abasova, Editor.az

