Putin Ərdoğandan nə xahiş edib?-SİLLƏ KİMİ CAVABbackend

Putin Ərdoğandan nə xahiş edib?-SİLLƏ KİMİ CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Krım Platformasının avqustun 23-də keçirilən ikinci sammitinə mane olmağa çalışıb və ilk növbədə Rəcəb Tayyib Ərdoğandan bu sammitdə iştirak etməməyi istəyib.

Editor.az xəbər verir ki, bu barədə Krım tatar xalqının lideri Mustafa Cəmiloğlu “Krım.Realii” layihəsinə avqustun 27-də dərc olunan müsahibəsində deyib. Cəmiloğlunun sözlərinə görə, Putin Ərdoğandan Türkiyənin Krım Platforması sammitində iştirak etməməsini istəyib və bunun müqabilində iki ölkə arasında ticarətin genişləndiriləcəyini, Türkiyəyə turist axınını gücləndirəcəyini söz verib.

Ərdoğan isə cavabında deyib: “Orada (Krımda-red.) mənim qohumlarım yaşayır, onlara nə deyəcəyəm? Deyəcəyəm ki, sizi turistlərə dəyişmişəm? Bundan başqa, Ukrayna bizim qonşumuzdur. “Quran”a görə də qonşular bir-birinə kömək etməlidir”.

“Bu dəfə də o (Ərdoğan) öz gözəl çıxışı ilə yadda qaldı” – Cəmiloğlu deyib.

//Samir, Editor.az