Putin 2024-cü il seçkilərində namizədliyi ilə bağlı qərarını açıqlayıbbackend

Putin 2024-cü il seçkilərində namizədliyi ilə bağlı qərarını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin gələn il keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya parlamentinin yuxarı palatasında dünən keçirilən səsvermə nəticəsində prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi qərara alınıb.

Böyük Kreml Sarayının Georgiyevski zalında Ukraynada döyüşmüş veteranlara Rusiyanın ən yüksək hərbi fəxri medalı olan “Rusiya Qəhrəmanı qızıl ulduzu” təqdim edən Putin, komandir polkovnik-leytenant Artyom Coqanın sualını cavablandırıb. Sparta batalyonunun prezident seçkilərində yenidən namizəd olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb:

“Gizlətməyəcəyəm ki, müxtəlif vaxtlarda fərqli düşüncələrim olub. Amma indi qərar vermək vaxtıdır. Prezidentliyə namizədliyimi irəli sürəcəm”.

1999-cu ilin sonunda prezident postunu Boris Yeltsindən təhvil alan Putin İosif Stalindən sonra Rusiyada ən uzun müddət hakimiyyətdə olan dövlət başçısı kimi tarixə düşüb. Putin 18 il Sovet Rusiyasına rəhbərlik etmiş Leonid Brejnevi səlahiyyət müddətinə görə ötüb.

Keçmiş KQB agenti olan Putin 2024-cü ildə yenidən prezident olarsa, ən azı 2030-cu ilə qədər vəzifəsində qala bilər.

Qeyd edək ki, Rusiyada əvvəlki prezident seçkiləri 2018-ci il martın 18-də keçirilib və Vladimir Putin 76,69 faiz səslə prezident seçilib.

//Səbinə Hüseynli, Editor.az