Putin: “ABŞ nüvə enerjisini inkişaf etdirir, lakin bu o demək deyil ki, nüvə müharibəsinə başlamağa hazırdır”backend

Putin: “ABŞ nüvə enerjisini inkişaf etdirir, lakin bu o demək deyil ki, nüvə müharibəsinə başlamağa hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ nüvə qüvvələrini inkişaf etdirməyə davam edir, lakin bu, onun yaxın gələcəkdə nüvə müharibəsinə başlamaq niyyətində olması demək deyil”.

Editor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti”yə müsahibəsində deyib. Putin həm Rusiya, həm də ABŞ-ın nüvə üçlüyünün olduğunu qeyd edib, lakin o, Rusiya triadasının daha müasir olduğunu da vurğulayıb. “Onlar indi öz nüvə imkanlarını modernləşdirmək, onları daha müasir və səmərəli etmək vəzifəsini öz üzərlərinə götürürlər. Bu məsələ ilə bağlı bizim də anlayışımız var. Biz həmçinin nüvə qüvvələrimizin bütün komponentlərini inkişaf etdiririk. Amma bu, məncə, o demək deyil ki, onlar sabah nüvə müharibəsinə başlamağa hazırdırlar”, – o vurğulayıb.

Putin həmçinin bildirib ki, Rusiya ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır. O bəyan edib ki, Rusiyanın nüvə silahından istifadə şərtləri Milli Təhlükəsizlik Strategiyasında göstərilib.

//Gülnarə Abasova, Editor.az