Putin açıqladı: Rusiya, İran və Azərbaycan razılaşmaya girir? -AÇIQLAMAbackend

Putin açıqladı: Rusiya, İran və Azərbaycan razılaşmaya girir? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan bir çox nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşir”.

Bunu Editor.az-a iqtisadçı ekspert Eldəniz Əmirov Rusiya başçısı Vladimir Putinin “Rusiya enerji həftəsi”nin plenar iclasında “Şimal-Cənub” marşrutu layihəsini həyata keçiririk. Prosesin bütün iştirakçıları Azərbaycan və İranla razılaşmalar var. Həmçinin Qazaxıstan və Türkmənistan da bu layihəyə maraq göstərir”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan daha çox Orta dəhlizdə maraqlıdır:

“Şərq-Qərb dəhlizi üç marşrut üzrə gedir. Yuxarı dəhliz, Aşağı dəhliz və Orta dəhliz. Yuxarı dəhliz Rusiyadan, Aşağı dəhliz Türkmənistandan, Orta dəhliz isə Qazaxıstan üzərindən gəlir. Azərbaycan digər dəhlizlərin də imkanlarından yararlanmaqda maraqlıdır”.

E. Əmirovun fikrincə, Azərbaycan Şimal-Cənub dəhlizinin həm iqtisadi, həm də siyasi dividendlərini qəbul etməyə hazırdır:

“Bunun üçün də rəsmi şəxslər tərəfindən Şimal-Cənub marşrutu üzrə işlərin aparılması dəstəklənir. Sözügedən marşrut əvvəl Hindistandan başlayaraq İran körfəzindən Atlantik okeanı, Cəbəllüttariq boğazı ilə uzaq marşrut kimi Avropaya çıxırdı. Amma indi Hindistan, İran Körfəzi, İran, Azərbaycan, Rusiya və Avropanı əhatə edir. Bu marşruta Mərkəzi Asiya ölkələri də qoşulmaqda istəklidir”.

//Safura Bənnayeva, Editor.az