“Putin artıq anlamağa başlayıb ki…” – Rus ordusu taktikanı dəyişdibackend

“Putin artıq anlamağa başlayıb ki…” – Rus ordusu taktikanı dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ordusu Ukraynaya birdən-birə bütün istiqamətlərdə hücuma keçəcək qədər güclü deyil və Rusiya diktatoru Putin artıq hərbi vəziyyətə daha real baxır”.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva Ukraynanın şimalında hərbi fəallığın azaldığını bəyan edib: “Bu o deməkdir ki, Ukrayna ordusu işğalçıları Kiyevdən uğurla sıxışdırmağa başlayıb. Rusiya qoşunları paytaxt ətrafındakı cəbhə xəttini saxlaya bilmir”.

Kuleba hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin artıq öz ordusunu qiymətləndirərkən, real durumu nəzərə almağa başlayıb: “Çünki şimalda hərbi fəallığın azaldılması barədə qərar onun xəbəri olmadan qəbul edilə bilməzdi. Bu yaxınlarda verilən qərarı insan dilinə tərcümə etsək, bu, sözün əsl mənasında, Ukraynaya birdən-birə üç istiqamətdən hücumu davam etdirmək üçün gücün çatmadığı anlamına gəlir”.

Kulebaya görə, Putin rus ordusunun Ukraynaya hər tərəfdən hücumu davam etdirmək üçün kifayət qədər güclü olmadığını başa düşür.

Eyni zamanda XİN rəhbəri xatırladıb ki, Donbasa hücumu gücləndirmək üçün rus qoşunlarının yenidən qruplaşdırılmasına dair xəbər var.

Teleqraf.com