Hazırda Avropa üçün Rusiyadan qaz tədarükünə ağlabatan alternativ yoxdur.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Bunu hamı başa düşür, hazırda bazarda sadəcə olaraq sərbəst həcmlər yoxdur”, – Vladimir Putin vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, digər ölkələrdən, ilk növbədə ABŞ-dan Avropaya yönəldilə biləcək tədarüklər istehlakçılara dəfələrlə baha başa gələcək və insanların həyat səviyyəsinə, Avropa iqtisadiyyatının rəqabətqabiliyyətliyinə təsir edəcək.
Vladimir Putin əlavə edib ki, Rusiyanın enerji şirkətləri qlobal bazarın məsuliyyətli iştirakçılarıdır və bunu onilliklər ərzində apardıqları iş və öhdəliklərini ciddi şəkildə yerinə yetirməklə sübut ediblər.

